Futbol üzrə Slovakiya və Ukrayna yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
8-ci oyun gününün ilk matçında Slovakiya və Ukrayna yığmaları üz-üzə gəliblər. Düsseldorf şəhərində keçirilən matçda ukraynalılar əzmkar qələbəyə seviniblər.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə “status kvo” bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.
Bu qrupun digər oyunu sabah Belçika və Rumıniya yığmaları arasında keçiriləcək. İlk turda Rumıniya Ukraynaya 3:0, Slovakiya isə Belçikaya 1:0 hesabıyla qalib gəlmişdi.
Xatırladaq ki, Avropa çempionatına ev sahibliyi edən Almaniya yığması, eləcə də İspaniya millisi 1/8 finala vəsiqəni təmin ediblər.
AÇ-2024
E qrupu
21 iyun
Slovakiya – Ukrayna 1:2
Qollar: İvan Şrants, 17 – Mikola Şaparenko, 54. Roman Yaremçuk, 80.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf. “Merkur Spiel-Arena”.
Xal: Rumıniya – 3. Ukrayna – 3. Slovakiya – 3. Belçika – 0.


