Futzal üzrə 19 yaşlılardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsində birinci oyununa çıxacaq.
Arena.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo yığması ilə qarşılaşacaq.
San Marinodakı “Multieventi Sport Domus”da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, U-19 millimiz yanvarın 26-da San Marinonun müvafiq yaş qrupundan ibarət yığması ilə də qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Artıq bu qrupda ilk oyun keçirilib. Kosovo qrup oyunlarına evsahibliyi edən San Marino ilə qarşılaşıb. Matç Kosovonun 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-na qədər keçiriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B qrupu
25 yanvar
Azərbaycan – Kosovo
Hakimlər: Radim Cep (Çexiya), Adam Çene-Joo (Macarıstan), Jiri Berqs (Belçika).
Hakim-inspektor: Stefan Veber (Almaniya).
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya).
Timekeeper: Laurentiu İlie (San Marino).
Serravalle. “Multievent Sport Domus. Saat 21:00.