Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamız Bakı idman Sarayında İsveç yığması ilə qarşılaşıb.
Oyuna fəal başlayan millimiz 2-ci dəqiqədə hesabı açıb. Oktay Rüstəmli rəqib torunu silkələyib. Fasiləyə qədər skandinavlar tablodakı rəqəmlərə tarazlıq gətiriblər. Komandalar fasiləyə sülhlə yollanıblar. İkinci hissəyə də millimiz fəal başlayıb. Bu dəfə Xəzər Ağalızadə fərqlənməklə komandamıza yenidən üstünlük qazandırıb. 25-ci dəqiqədə isə Tofiq Mikayılovun müdafiənin arxasına ötürməsini Emil Həsənzadə əla ram edib çərçivəyə istiqamətləndirsə də, yolüstü qapıçının toxunduğu “yuvarlaq meşin” dirəyə dəyib geri qayıdıb. 27-ci dəqiqədə Oktayın dubl etməsi üçün azacıq dəqiqlik çatmayıb. Əvəzində 34 və 38-ci dəqiqələrdə qonaqlar ardıcıl 2 qol vurublar və matçda ilk dəfə hesabda önə keçiblər. Sona 2 saniyə qalmış Oktay Rüstəmli hesabı bərabərləşdirməklə komandamıza ilk xalı qazandırıb.
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
17 dekabr
Azərbaycan – İsveç 3:3
Qollar: Oktay Rüstəmli, 1:17; 39:58. Xəzər Ağalızadə, 22:47 – Hampus Furublad, 13:28. Fredrik Soderqvist, 33:52. Bryan Yohansson, 37:06.
Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov (Hamısı Qazaxıstan).
Bakı idman Sarayı. Saat 20:00.
Azərbaycan: 12. Rövşən Hüseynli (k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 9. Tofiq Mikayılov, 14. Ülvi Əliyev, 1. Kamran Hacıyev, 2. Rüstəm Bağırov, 3. Nihad İsmayılov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Seymur Məmmədov, 17. Fərid Atakişiyev, 13. Fərid Abbasov, 20. Emil Həsənzadə.
Baş məşqçi: Vitali Borisov.
İsveç: 20. Viktor Saaf, 8. Hampus Furublad, 9. Fredrik Soderqvist, 10. Petrir Zhubi (k), 13. Noraldin Azizi, 12. Martin Herlin, 2. İsmail Fazlija, , 4. Viktor Mossberg, 5. Mattin Atai Najafi, 7. Fehim Smayloviç, 11. Bryan Yohansson, 14. Lavdim Azemi, 15. Qustav Ridberg,17. Enes Poyraz.
Baş məşqçi: Matija Dulvat.


