AÇ-2026: Futzal millimizin əsas mərhələdəki rəqibləri bilindi

Final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, bu gün baş tutan püşkatmat mərasimində 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb.

Püşkatmada Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. Millimiz 5-ci qrupda yer alıb. Futzalçılarımız Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaqlar. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.

AÇ-2026-nın oyun günləri

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.

Pley-off / püşkatma: 15 may 2025

Pley-off / oyunlar: 15-24 sentyabr 2025

Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026

1-ci qrup
Ukrayna
Rumıniya
Almaniya
Kipr

2-ci qrup
Finlandiya
İtaliya
Belarus
Malta

3-cü qrup
Polşa
Slovakiya
Moldova
Türkiyə

4-cü qrup
Sloveniya
Macarıstan
Monteneqro
Norveç

5-ci qrup
Xorvatiya
Azərbaycan
İsveç
Yunanıstan

6-cı qrup
Qazaxıstan
Ermənistan
Danimarka
Albaniya

7-ci qrup
Portuqaliya
Niderland
Şimali Makedoniya
Andorra

8-ci qrup
İspaniya
Bosniya və Herseqovina
İngiltərə
İsveçrə

9-cu qrup
Serbiya
Çexiya
Belçika
Avstriya

10-cu qrup
Fransa
Gürcüstan
Kosovo
Bolqarıstan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: