AFFA 2026/27 mövsümü üçün hakim siyahısını təsdiqlədi

AFFA Hakimlər Komitəsinin iclası keçirilib, tədbirdə 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektorın siyahıları təsdiqlənib.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

İclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:

  • Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;
  • AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;
  • Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.

Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.

Elit kateqoriyalı hakimlər:

  1. Əliyar Ağayev (FIFA)
  2. Elçin Məsiyev (FIFA)
  3. Kamal Umudlu (FIFA)
  4. İnqilab Məmmədov
  5. Rəvan Həmzəzadə
  6. Fərid Hacıyev
  7. Tural Qurbanov (FIFA)
  8. Rəşad Əhmədov
  9. Cavid Cəlilov
  10. Nicat İsmayıllı
  11. Rauf Cabbarov
  12. Əli Əliyev
  13. Elvin Bayramov
  14. Kamranbəy Rəhimov
  15. Vüqar Həsənli (yeni)

Elit kateqoriyalı köməkçi hakimlər:

  1. Zeynal Zeynalov (FIFA)
  2. Akif Əmirəli (FIFA)
  3. Elşad Abdullayev (FIFA)
  4. Pərvin Talıbov (FIFA)
  5. Namik Hüseynov (FIFA)
  6. Vüsal Məmmədov (FIFA)
  7. Kamran Bayramov
  8. Müslüm Əliyev
  9. Rahil Ramazanov
  10. Rəhman İmami
  11. Cəmil Quliyev (FIFA)
  12. Eyyub İbrahimov
  13. Şirmamed Mamedov
  14. Zöhrab Abbasov
  15. Teymur Teymurov
  16. Asiman Əzizli (FIFA)
  17. Kərim Zeynalov
  18. Tərlan Talıbzadə
  19. Gülnurə Əkbərzadə (FIFA)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: