AFFA 4 klubu 700 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 4-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 4-cü tur

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” da 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”da 5 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib. “Sumqayıt”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub da 700 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: