AFFA Birinci Liqada yeni mövsümün ilk cəzalarını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 1-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 1-ci tur

MOİK – “Şahdağ Qusar” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib. Oyundan əvvəl MOİK matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə bu klub 450 manat cərimə edilib. Oyunda “A buraxılışı” olmayan şəxs texniki zonada olduğu üçün MOİK 300 manat cərimə edilib. “Şahdağ Qusar”da 4 nəfər sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.

“Xankəndi” – “Səbail” oyununda “Xankəndi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Baku Sportinq” – “Karvan” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Baku Sportinq” 300 manat cərimə edilib. “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 210 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: