AFFA Elxanı 3, Emili 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 2-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Qaradağ Lökbatan”– “Şirvan” oyununda “Şirvan”da 5 nəfər sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib. Oyunun 2-ci hissəsi “Şirvan”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün bu klub 300 manat cərimə edilib.

“Ağdaş”– “Şəmkir” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Ağdaş” 100 manat cərimə edilib. Oyun Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Ağdaş” 200 manat cərimə edilib. “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

“Dinamo”– “Zəngəzur” oyununda “Dinamo”nun futbolçusu Əli Məmmədli hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Dinamo” buna görə 250 manat cərimə ödəyəcək. Oyundan əvvəl “Zəngəzur” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə klub 150 manat cərimə edilib. Oyunun 86-cı dəqiqəsində “Zəngəzur”un futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zəngəzur” buna görə 50 manat cərimə ödəyəcək.

“Marafon”– “Difai” oyununun 83-cü dəqiqəsində “Difai”nin futbolçusu Fəzail Şirxanzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Difai” buna görə 50 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Difai”nin futbolçusu Emil Binyətzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Difai” buna görə 1000 manat cərimə edilib.

“Kür-Araz”– “Şəki” oyununda “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 300 manat cərimə edilib.

“Hypers”– “Ağstafa Gəncləri” oyununun 51-ci dəqiqəsində “Ağstafa Gəncləri”nin futbolçusu Eşqin Kərimli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağstafa komandası buna görə 50 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: