2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan – Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağı asılıb.
Arena.az xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ermənistan bu oyunda Rumıniyaya 3:2 hesabıyla qalib gəlib.


