AFFA İcraiyyə Komitəsi İkinci Liqada klub sayını artırdı

Bu gün – avqustun 16-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

  1. 2023/2024 mövsümündən etibarən “Şahdağ” (Qusar) və “Dinamo” FK İkinci Liqada çıxış etsin.

Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.

  1. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: