AFFA İcraiyyə Komitəsinin iclası martın 1-də Gəncədə keçiriləcək

Martın 1-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İcraiyyə Komitəsinin üzvləri bu dəfə Gəncə şəhərində bir araya gələcəklər. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
  2. Digər məsələlər
Xəbəri sosial şəbəkələrdə paylaş: