AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

  1. Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/22 mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun.
  2. 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunsun (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).
  3. “2022/23 mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunsun.
  4. İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunsun.
  5. Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/22 mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: