AFFA-nın təlimatçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyov beynəlxalq seminarda iştirak üçün Polşaya gediblər. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Polşanın Qdansk şəhərində təlimatçılar üçün qapıçılar üzrə məşqçilərin seminarı keçirilir. Seminarda AFFA-nın təlimatçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyov da iştirak edirlər.
UEFA-nın təşkilatçılığı ilə keçirilən seminar aprelin 6-na qədər davam edəcək.



