Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2 və 3-cü turları bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası
2-ci tur
“Zirə” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
Azərbaycan Premyer Liqası
3-cü tur
“Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün ona xəbərdarlıq edilib.
“Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
Birinci Divizion
1-ci tur
AFFA İntizam Komitəsi bu gün Birinci Divizionda 2022/23 mövsümünün ilk turu ilə də bağlı qərarlarını açıqlayıb:
“Turan Tovuz-2” – “Şamaxı-2” oyununda “Şamaxı”nın nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.
MOİK – “Zaqatala” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.
“Mingəçevir” – “Neftçi-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.
“Qəbələ-2” – “İmişli” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “İmişli”nin nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. “İmişli” komandası stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Qaradağ Lökbatan”ın nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. “Səbail-2” vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub.


