İngiltərə futbolunun əfsanəsi, “Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer yayda bu klubun heyətində böyük dəyişikliklər olacağını təxmin edir.
Arena.az Şirerin müvafiq qənaətini təqdim edir:
“Görünür, “Nyukasl”a bəzi oyunçulardan yaxa qurtarmaq gərək olacaq. Bu, üç, dörd, bəlkə də beş kəs ola bilər ki, uzun müddətə burada olublar və bu kluba xeyir veriblər. Ola bilsin ki, onların gedişi həm komandaya və həm də özlərinə xeyirli olsun”, deyə Alan Şirer vurğulayıb.
Xatırladaq ki, “Nyukasl” İngiltərə Premyer Liqasının cari mövsümündə 30 oyuna topladığı 53 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda 30 oyunda 16 qələbə qazanıb, 5 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.