“Alaves” baş məşqçisini dəyişdi

İspaniyanın “Alaves” komandasının baş məşqçisi Xavyer Kalyexa istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, “Alaves” La Liqada bu mövsüm keçirdiyi 18 oyunda cəmi 15 xal toplayıb və 20 kollektiv arasında 18-ci sırada qərarlaşıb.

Xavyer Kalyexa bu ilin aprelindən “Alaves”ə rəhbərlik edirdi. Komanda bu müddət ərzində 29 oyuna çıxıb və 9 qələbə qazanıb. 6 görüşdə heç-heçə edən Deportivo təmsilçisi, qalan 14 matçdan məğlub ayrılıb.

La Liqa təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, komandanı bundan sonra Xose Luis Mendilibar çalışdıracaq. Bunu klubun rəsmi saytı açıqlayıb. Onunla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Xose Luis Mendilibarın son iş yeri “Eybar” olub. 60 yaşlı mütəxəssis 2015-ci ildən çalışdırdığı sözügedən komandadan bu ilin mayında ayrılmışdı. Mendilibar daha öncə “Atletik”, “Eybar”, “Valyadolid”, “Osasuna” və “Levante”yə də rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: