Albian Haydari “Luqano”nu “Hoffenhaym”a dəyişdi

İsveçrənin “Luqano” klubunun mərkəz müdafiəçisi Albian Haydari bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

“Hoffenhaym” bu transfer üçün “Luqano”ya 5 milyon avro ödəyib. İsveçrəli 22 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Albian Haydari “Bazel”in yetirməsidir. O, 2020-ci ildə 4,5 milyon avro müqabilində İtaliya nəhəngi “Yuventus”a qoşulub. Turin klubunda olarkən icarə əsasında “Bazel” və “Luqano”da icarəyə göndərilən futbolçu 2023-cü ilin yayında 742 min avro müqabilində birdəfəlik İsveçrə klubuna keçmişdi.

Haydari İsveçrənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra bu il əsas millidə debüt edib. Amma o, yığmanın heyətində cəmi 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: