İspaniyanın “Betis” klubunun futbolçusu Aleks Moreno La Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, İspaniyadan olan 29 yaşlı oyunçu İngiltərənin “Aston Villa” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. Həm sol cinah müdafiəçisi, həm də sol cinah vingeri kimi oynamağı bacaran futbolçu ilə 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. İngiltərə klubu bu transferə görə “Betis”ə 13.5 milyon avro ödəyib.
Aleks Moreno 2019-cu ilin avqustundan “Betis”də forma geyinirdi. O, bu komandanın heyətində 122 oyuna çıxıb, 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Moreno “Vilyafranka, “Lyaqostera”, “Rayo Valyekano” və “Elçe” kimi klubların da formasını geyinib.


