Alfons Areola rəsmən “Vest Hem”də!

Fransanın PSJ klubunun qapıçısı Alfons Areola Paris təmsilçisi ilə vidalaşıb. Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper Liqa 1 nəhəngini İngilrərənin “Vest Hem” klubuna dəyişib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransalı qolkiper ötən ilin yayından “Vest Hem”də icarə əsasında çıxış edirdi. Bu yay isə İngiltərə klubu onun transfer hüquqlarını da almağa qərar verib. Areola Premyer Liqa klubu ilə 5 illik müqaviləyə imza atıb. O, geridə qalan mövsümdə “Vest Hem”in heyətində 18 oyunda iştirak etmişdi.

Alfons Areola PSJ-nin öz yetirməsidir. O, 2009-cu ildən cəlb olunduğu Paris təmsilçisinin əsas komandasında 107 matça çıxıb. Fransa yığmasında da oynamış qolkiper karyerası ərzində “Lans”, “Bastiya”, “Vilyarreal”, “Real” və “Fulhem” komandalarında da icarədə olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: