Almaniya kuboku: Yarımfinalın püşkü atıldı

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, Dortmund “Borussiya”sı bu mərhələdə 2-ci Bundesliqa təmsilçisi “Holştayn”la qarşılaşacaq.

Aprelin 7-də keçirilməli olan “Yan Regensburq” – “Verder” matçının qalibi isə finala vəsiqə uğrunda “Leypsiq”lə mübarizə aparmalı olacaq.

Xatırladaq ki, 1/4 finalın “Yan Regensburq” – “Verder” matçı birincilərin heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

Almaniya kuboku
Yarımfinal

Yan Regensburq/Verder – Leypsiq
Borussiya (Dortmund) – Holştayn