Almaniya polisi Avropa çempionatının (AÇ-2024) İngiltərə – İspaniya final oyunu ərəfəsində mümkün terror aktının qarşısını alıb.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, terror aktında şübhəli bilinin üç nəfər Almaniya xüsusi təyinatlıları tərəfindən Potsdamda (Berlin yaxınlığındakı şəhər) bir sıra koordinasiyalı reydlər və antiterror əməliyyatları zamanı saxlanılıb. Polis Braytşaydplats meydanının və pərəstikarlar bölgəsinin yerləşdiyi Berlindəki böyük kilsənin onların mobil telefonlarına çəkilmiş fotoşəkillərindən sonra beş nəfərin axtarışı üçün üç ünvanda bir sıra axtarış əməliyyatı aparıb.
Həmin şəxslərin artıq Almaniya polisinin nəzarətində olan İraq Şam İslam Dövləti (İŞİD) tərəfdarları olduqları bildirilir. Final ərəfəsində iştirakçılar diqqətlə izləniliblər. Şübhəlilər tutulduqdan sonra nəzarətə götürülüblər, hazırda istintaq aparılır. İzlərin terrorizmlə bağlı digər mənbələrə aparacağı ehtimalı var, odur ki, əməliyyatla bağlı təfərrüat geniş ictimaiyyət üçün yalnız səthi – məlumat xüsuslu açıqlanır.
Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniya yığması İngiltərə komandası üzərində 2:1 hesablı qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempionu olub. Bu, Avropa çempionatlarının mütləq rekordudur.


