Almaniyanın Səhiyyə naziri: “Bayern” dövrü bitməlidir”

Almaniyanın Federal Səhiyyə naziri Karl Lauterbax Almaniya Bundesliqasında “Bayern”in dövrünün sona çatmalı olduğunu deyib.

Arena.az “Rheinische Post” dərgisinə istinadən, nazir Lauterbaxın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bayer” Almaniya çempionu olarsa, mən bu gənc və güclü komanda və bütün Bundesliqa üçün çox sevinərəm. “Bayern” dövrü nəhayət ki, sona çatmalıdır. Onda mən də mərcdə qalib gələrəm”, deyə nazir yarzarafat-yarıgerçək bildirib.

Hazırda Almaniya Bundesliqası “qış yuxusu”na gedib. Birinci dövrənin son turu ərəfəsində, 16 turdan sonra Bundesliqaya Xavi Alonsonun məğlubiyyət tanımayan Leverkuzen “Bayer”i başçılıq edir. “Əczaçılar”ın 42 xalı var. 1 oyun az keçirmiş Almaniya nəhəngi “Bayern” 38 xalla leverkuzenliləri daban-daban təqib edir. “Ştutqart”ın 34, “Leypsiq”in isə 33 xalı var, bu komandalar müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər. Dortmund “Borussiya”sı 27 xalla 5-ci pillədədir və güman ki, tətildən sonra mübarizəyə daha iddialı qoşulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: