Alvaro Morata “axmaq zədə” aldı – Durumu nə yerdədir?

İspaniya millisinin kapitanı, hücumçu Alvaro Morata AÇ-2024-ün Fransa yığması ilə yarımfinal oyunundan (2:1) sonra zədələnib.

Arena.az məlumat verir ki, Morata oyundan sonra meydana axışmış izdihamın mənzərəsində komandasının qələbəsini qeyd edərkən, oyunun keçirildiyi Münhenin “Alyans Arena” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən təsadüfi sürüşmə nəticəsində topuq nahiyəsindən aldığı badalaqdan sonra zədələnib.

Bundan sonra futbolçu yerə dəyib və qalxdıqdan sonra axsamağa başlayıb. Morata öz zədəsi haqda danışarkən, ağrılar hiss etdiyini bildirib:

“Bazar günü oynaya biləcəyəmmi? Bilmirəm. Məni incidir”, – jurnalist Kerri Hau Moratadan sitat gətirir.

Öz növbəsində, İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente Alvaro Moratanın “axmaq zədəsi” ilə bağlı açıqlama verib:

“Biz düşünürük ki, bu, boş şeydir. Sabaha qədər gözləyəcəyik. Onun güclü zərbəsi var. Morata nümunədir, sahib ola biləcəyimiz ən yaxşı kapitandır. O, çox işgüzardır. Ona həm meydanda, həm də meydandan kənarda ehtiyacımız var. O, bir insan kimi müstəsna nəcibliyi malikdir. O, İspaniya futbolunun tarixinə düşəcək. Onun çiyinləri arxasında çoxlu çempionluq qənimətləri var”, – “Marca” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib. Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 79 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: