Amar Dediç “Nyukasl”da!

Portuqaliyanın “Benfika” klubunun bosniyalı sağ cinah müdafiəçisi Amar Dediç bundan sonra “Nyukasl”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Nyukasl” bu transfer üçün “Benfika”ya 35 milyon avro ödəyib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bosniya və Herseqovina millisinin üzvü İngiltərə təmsilçisinin yay “transfer pəncərəsi”ndəki 6-cı transferi olub. Müdafiəçi daha əvvəl Avstriyanın “Liferinq” və “Zalsburq” klublarında “Nyukasl”ın baş məşqçisi Matias Yaysslenin rəhbərliyi altında çıxış edib. Həmçinin Avstriyanın “Volfsberger” və Fransanın “Olimpik” (Marsel) komandalarında da oynamış futbolçu ötən yay “Benfika”ya keçib.

Qeyd edək ki, Amar Dediç Bosniya və Herseqovina yığmasının heyətində 31 matça çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: