Ambrozini “Milan”ın cari mövsümdəki çıxışına qiymət verdi

“Milan”ın keçmiş yarımmüdafiəçisi Massimo Ambrozini “rossoneri”nin İtaliya A Seriyasının cari mövsümündəki çıxışı haqda fikrini bildirib.

Arena.az “Milan News” dərgisinə istinadən, italyan keçmiş futbolçunun bu barədə qənaətini təqdim edir:

“Çempionatı müəyyən səviyyədə keçirməli olan komandalar arasında “Milan” heyətin keyfiyyətinə nisbət olaraq ən çox çətinlik çəkən komandadır. Mənim üçün bu, güclü komandadır. “Milan”da malik olduqları dəyərə nisbətdə daha az çıxış edən güclü oyunçular da var.

Məsələn, “Yuventus”un hücumçusu yoxdur, “Milan”da isə Abraham və Morata var. Loftus-Çik başlanğıc heyət üçün digər bir seçimdir və çox şey etmir. Çalışdırıcının (portuqal mütəxəssis Paulu Fonseka – redaktorun qeydi) dəyərli dörd mərkəz müdafiəçisi var. Teo Ernandes və Rafael Leau haqqında istədiyimiz qədər danışa bilərik. Heyətin gücü və meydanda göstərdikləri baxımından bu, indiyə qədər çox az iş görmüş, bacardıqlarından az iş görmüş bir komandadır”, deyə Ambrozini vurğulayıb.

Əlavə edək ki, bir çox mütəxəssislər də “Milan”ı kağız üzərində meydanda olduğundan daha qüvvətli hesab edirlər.

14 oyundan 22 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

İtaliya A Seriyasına 15 oyundan 34 xalla “Atalanta” başçılıq edir. 14 oyundan 31 xalla 4-cü pillədə qərarlaşmış “İnter” isə mümkün lider qismində üstünlüyə sahibdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: