Amerika Kuboku: Kolumbiya Peruya məğlub oldu

Futbol üzrə Amerika Kuboku davam edir. Arena.az xəbər verir ki, bu gün qrup mərhələsinin 3-cü turuna start verilib. İlk oyun günündə A qrupu çərçivəsində iki qarşılaşma baş tutub.

Əvvəlcə Venesuela yığması Ekvadorla qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Qrupun 2-ci pilləsində yer alan Kolumbiya millisi Peru ilə üz-üzə gəlib. Üç qolun vurulduğu bu oyun isə peruluların qələbəsiylə başa çatıb.

Amerika kubokunda bu gün B qrupunun qarşılaşmaları oynanılacaq. Uruqvay Çili ilə, Argentina isə Paraqvayla qarşılaşacaq.

Amerika kuboku
21 iyun

A qrupu

Venesuela – Ekvador 2:2
Qol: Edson Kastilyo, 51. Ronald Hernandes, 90+1 – Ayrton Presyado, 39. Qonsalo Plata, 71.


Kolumbiya – Peru 1:2
Qol: Migel Anxel Borxa, 53-pen – Serxio Penya, 17. Yerri Mina, 64-avtoqol.

Xəbəri sosial şəbəkələrdə paylaş: