Amorim “Mançester Yunayted” azarkeşlərinə müraciət ünvanladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın azarkeşləri haqqında söhbət açaraq, onlara müraciət ünvanlayıb.

Arena.az “Mançester Yunayted”in rəsmi sayıtna istinadən, portuqal mütəxəssisin müvafiq müraciətini təqdim edir:

“Azarkeşlərdən, əlavə nəyəsə ehtiyacımız varmı? Heç nəyə, sadəcə bizim tərəfimizdən. Azarkeşlər haqqında pis heç bir xüsusu deyə bilmərəm. Mən azarkeşlərə bizim başa düşdüyümüzü deməyə çalışıram. Mən başa düşürəm, bir məşqçi kimi bu məqamı anlayıram, bu məyusluğu anlayıram. Mən bunları başa düşürəm və biz təkmilləşəcəyik. Bu, vaxt aparacaq.

“Everton”la oyundan (4:0) sonra insanlar ilk dördlük haqqında danışmağa başlayanda, mən də eyni xüsusu mətbuat konfransında dilə gətirdim. Bilirəm ki, bu, həqiqətən çətin olacaq, amma düşünürəm ki, bu tərəfdən azarkeşlərə başa düşdüyümüzü söyləmək bizim üçün vacibdir, başa düşürəm.

Onlar inanılmazdırlar. İllərlə görmədiyimiz bir mövsümdən keçdiyimiz zaman bizə dəstək olurlar və biz bunu bilirik. Bunun öhdəsindən gəlməyin yeganə yolu növbəti oyuna, belə demək mümkünsə, qalib gəlmişik kimi hazırlaşmaq, sonra yenidən meydana çıxıb oyunda qalib gəlməyə çalışmaqdır. Bilirəm ki, bu, yalnız bizim tərəfimizdəndir, azarkeşlərin bizim köməyimizə ehtiyacı var, əksinə yox, onlar hər bir xüsusu düzgün edirlər”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə keçirdiyi 17 oyunda cəmi 22 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqasına 17 oyundan 42 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: