Ançelotti: “Real” Benzemasız da bacarar, Ronaldoda olduğu kimi”

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzemanın Madrid klubundan ayrılması ilə bağlı danışıb.

Arena.az “Madrid Xtra” istinadən Ançelottinin bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Benzemanın gedişi? “Real” həmişə irəliyə gedəcək. Klub Kristiano Ronaldonun gedişindən keçdi və indi Kərimlə ayrılığı da yaşayıb ötəcək. Amma biz bu oyunçulara həmişə minnətdar olacağıq”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Kərim Benzemanın Səudiyyə Ərəbistanı çempionu “Əl İttihad” klubununa keçidi rəsmi olaraq iyunun 6-da elan edilib.

Benzema “Real”da 14 mövsüm keçirib. Madridlilərin heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı Kərim Benzemanı 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: