“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 28-ci turunda “Selta” üzərində böyükhesablı (4:0) ev qələbəsini şərh edib.
Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz davranışı, tezliyi, təzyiqi və topla dövranı yaxşılaşdırdıq. Biz xoşbəxtik, ilhamlıyıq və diqqətimizi cəmləmişik, çünki bu, mövsümün vacib anıdır. “Real”da heç-heçə – böhranın astanasıdır.
İkinci qol vurulmayanda azacıq narahat olursan, amma o qol vurulanda şüşənin tıxacları açılır və biz ən yaxşı səviyyədə oynayırıq. İndi xallar çox önəmlidir və bu üç xal da sonrakılar kimi çox vacibdir, çünki qarşıda 10 oyun qalıb. İndi biz geriləyə bilmərik”, deyə Ançelotti vurğulayıb.
Hazırda “Real” 28 oyundan 69 xalla La Liqanın yarış cədvəlinə inamla başçılıq edir. “Kral klubu” ən yaxın izləyicisi “Jirona”nı (62 xal) 7 xal qabaqlayır. “Selta” isə 24 xalla yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


