Andre Ayyu yenidən Premyer Liqada!

Futbol üzrə Qana milli komandasının yarımmüdafiəçisi Andre Ayyu Qətərin “Əl-Sədd” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu yenidən İngiltərəyə qayıdıb.

O, Premyer Liqada mübarizə aparan “Nottingem Forest”lə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bu mövsümün sonuna kimi anlaşıblar.

Fransada dünyaya göz açmış Andre Ayyu Marsel “Olimpik”inin yetirməsidir. O, bu klubda olarkən “Loryan” və “Arl-Avinyon”da icarədə də oynayıb. 2015-ci ildə İngiltərəyə üz tutan futbolçu burada “Suonsi Siti”, “Vest Hem” kimi klubların şərəfini qoruyub. Təcrübəli vinger 2018/19 mövsümündə Türkiyənin “Fənərbaxça” klubunda icarədə də olub. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi “Əl-Sədd” komandasında 39 oyuna çıxıb, 22 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Ayyu Qana milli komandasında da 113 oyunda meydana çıxıb, 24 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: