Andrey İliç “Union Berlin”də qaldı

Fransanın “Lill” klubunun serbiyalı mərkəz hücumçusu Andrey İliç Liqa 1 təmsilçisindən birdəfəlik ayrılaraq “Union Berlin”ə keçib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Almaniya klubu 2024-cü ilin yayında bir mövsümlük icarəyə götürdüyü forvardın transfer hüquqlarını da alıb. Berlin təmsilçisi bu transfer üçün Fransa klubuna 5 milyon avro ödəyib.

Andrey İliç “Union Berlin”in heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb.

Serbiyalı hücumçu karyerası ərzində “Napredak”, “Yavor”, RFS, “Valerenqa” kimi klublarda da oynayıb.

Serbiyanın U-21 yığmasında oynamış 25 yaşlı futbolçu əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: