Andrey Santos “İberiya”nı “Veres”ə dəyişdi

“Sabah”ın braziliyalı müdafiəçisi Andrey Santos bu yay icarəyə verildiyi Gürcüstanın “İberiya” klubundan ayrılaraq Ukraynaya üz tutub.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Ukraynanın “Veres” klubuna keçib.

Bu barədə Ukrayna təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, “Veres” Santosu icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilədə satınalma şərti də yer alıb.

Xatırladaq ki, Andrey Santos ötən ilin yayında “Sabah”a qoşulub. Tam adı Andrey Viktor Souza Santos olan braziliyalı futbolçu ötən mövsüm Premyer Liqada 6 oyuna çıxıb. 21 yaşlı mərkəz müdafiəçisi paytaxt klubunun heyətində cəmi 8 matç keçirib.

Santos bu yay icarə əsasında “İberiya”ya keçsə də, Gürcüstandan klubundan erkən ayrılıb. O, sözügedən komandanın heyətində cəmi 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: