Andriya Bartişvili “Arsenal”la müqavilə bağladı

İngiltərənin “Arsenal” klubu gürcüstanlı hücumçu Andriya Bartişvili ilə 2027-ci ilin iyulunda qüvvəyə minəcək müqavilə imzalayıb.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Arsenal” Bartişvilini Gürcüstanın “Kolxeti 1913” klubundan transfer edib. “Topçular” bu keçid üçün Gürcüstan klubuna 4,5 milyon avro ödəyiblər. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə verilməyib. 17 yaşlı futbolçu ilə anlaşma müvafiq tənzimləmə prosedurları başa çatdıqdan sonra rəsmiləşəcək.

Müqavilə ilə “Kolxeti 1913”ə məxsus olan gürcü vinger hazırda icarə əsasında Gürcüstan Yüksək Liqasında mübarizə aparan “İberiya 1999” klubunun formasını geyinir. Bartişvili “İberiya”da 24 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Yeniyetmə hücumçu “Kolxeti”də də 20 oyuna 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Andriya Bartişvili Gürcüstanın U-16, U-17 və U-18 millilərində oynayıb, hazırda isə U-21-ə dəvət alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: