Antoni “Betis”ə keçidini şərh etdi

“Mançester Yunayted”in braziliyalı hücumçusu Antoni yanvarda cari mövsümün sonuna qədər icarə əsasında “Betis”ə keçidini şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, braziliyalı futbolçunun müvafiq qənaətini təqdim edir:

“Mənə, özünəəminlik hasil etmək gərək idi, xoşbəxt olmaq. İndi isə mən hər gün, necə doğru bir seçim etdiyim barədə düşünürəm. Burada mənə hər şey xoş gəlir, mən şəhəri, klubu, bütün hər şeyi, hər şeyi bəyənirəm”, deyə braziliyalı vinger vurğulayıb.

Vurğulayaq ki, “Betis”ə keçidi ilə Antoni oyun keyfiyyətini yüksəldib, qol ayağını açıb.

Antoni cari mövsümün sonuna – 2025-ci ilin iyun ayının sonuna qədər “Betis”də çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqust ayında “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Antoni cari mövsümün birinci yarısında “Mançester Yunayted”in heyətində 14 oyuna çıxıb, 1 qol vurub.

Antoninin İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

“Betis”in heyətində isə brazilyalı hücumçu 11 oyuna 4 qol və 4 məhsudlar öyürmə ilə fərqlənib.

Antoni “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.

Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: