İngiltərənin “Mançester Yunayted” klubunun zədəli futbolçusu Antoni Marsyal bu mövsüm komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, fransız hücumçunun zədə səbəbindən mövsümün geridə qalan hissəsini buraxacağı dəqiqləşib.
Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında məlumat verib. Sulşer, Fransa yığmasının düşərgəsində zədələnən Marsyalın bu mövsümün qalan hissəsini buraxacağını bildirib.
25 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Qazaxıstanla səfər matçında (2:0) sıradan çıxıb. O, bu mövsüm Premyer Liqada meydana çıxdığı 22 oyunda 4 qola imza atıb.


