Antonio Silva 25 milyon avroya “Bornmut”a keçdi

Futbol üzrə Portuqaliya yığmasının və “Benfika”nın mərkəz müdafiəçisi Antonio Silva bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. İngiltərə klubu bu keçid üçün “Benfika”ya 25 milyon avro ödəyib.

Antonio Silva “Benfika” akademiyasının yetirməsidir. Portuqaliyalı müdafiəçi bu klubun əsas komandasında 183 oyuna çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Silva Portuqaliya millisində də çıxış edir. Müdafiəçinin milli komandanın formasında 20 oyunu, 1 məhsuldar ötürməsi var.

Antonio Silvanın “Bornmut”a transferi onun karyerasında ilk İngiltərə təcrübəsi olacaq. Ümumiyyətlə o, ilk dəfə “Benfika”dan başqa bir komandanın formasını geyinəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: