Antonio Valensiya karyerasını bitirdiyini açıqladı

Futbol üzrə Ekvador milli komandasının və “Mançester Yunayted”in keçmiş kapitanı Antonio Valensiya karyerasını bitirib.

Arena.az xəbər verir ki, bu barədə Meksikanın “Keretaro” klubunun mətbuat xidməti məlumat yayıb.

Sağ cinah oyunçusu 2020-ci ilin noyabrından məhz bu komandanın uğurları üçün çalışırdı. O, karyerasını 35 yaşında Meksika təmsilçisində tamamlamağa qərar verib.

Antonio Valensiya peşəkar karyerasına 2003-cü ildə yetirməsi olduğu Ekvadorun “El Nasional” klubunda başlayıb. 2005-ci ildə isə o, İspaniyanın “Vilyarreal” klubuna transfer olunub. Amma bu komanda çox oyun şansı qazanmadığı üçün bir müddət “Rekreativo”, eləcə də “Uiqan” komandalarında icarədə oynayıb. 2008-ci ildə İngiltərə klubu onu birdəfəlik heyətinə qatıb. Məhz “Uiqan”dakı uğurlu çıxışı nəticəsində 2009-cu ildə “Mançester Yunayted”ə transfer edilən Antonio, burada 10 il keçirib. 2019/20 mövsümünü ölkəsinin “Kito” komandasında keçirən Valensiya, ötən ilin sonlarında Meksikaya üz tutmuşdu.

Valensiya Ekvador yığmasında 99 oyun keçirib, 11 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: