Futbol üzrə Argentina milli komandasının sabiq hücumçusu Anxel Korrea bundan sonra “River Pleyt”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Argentina klubunun rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub Anxeli Meksikanın “Tiqes” klubundan 13,2 milyon avroya transfer edib. Argentinalı forvardla müddəti 2029-cu ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Anxel Korrea Argentinanın “San Lorenso” klubunun yetirməsidir. O, 2024-2024-cü illər aralığında Madrid “Atletiko”sunda çıxış edib. 2025-ci ildə “Tiqres” bu hücumçunu 8 milyon avro qarşılığında İspaniya klubundan transfer etmişdi. Korrea Meksika klubunun heyətində 54 oyun keçirib, 23 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Korrea 2015-ci ilin sentyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 28 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


