Xorvatiyanın “Riyeka” klubunun sol cinah hücumçusu Dimitri Leqbo bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
25 yaşlı vingerlə 2 illik müqavilə bağlanıb. Transferin digər detalları barədə məlumat verilməyib.
Dimitri Leqbo Kot-d’İvuarın “Abican” klubunun yetirməsidir. 2021-2023-cü illər aralığında Ermənistanın “Ararat” klubunda oynamış futbolçu daha sonra Finlandiyanın “İnter Turku” komandasına üz tutub. Bu ilin yanvar ayından “Riyeka”da forma geyinən vinger bu komandanın heyətində 16 oyuna çıxıb, 1 qola imza atıb.
Leqbo Kot-d’İvuarın U-23 yığmasına dəvət alsa da, debüt şansı qazanmayıb.
“Zirə” bu yay Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Kris Diqbeu, Dameyn Smit və Lue Bayereni də heyətinə qatıb.
Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə imzalanıb.
Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov, Fuad Bayramov, Brahim Konate, Əkbər Eyyubov, Namiq Ələsgərov və Junior Martins isə komandanı tərk ediblər.


