“Araz-Naxçıvan” toplanışa 12 futbolçu ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” komandası bu gün qış təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2026-cı ilin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə çıxan komandanın hazırlıq prosesində 12 futbolçu iştirak edib. Legionerlərdən Bruno Franko da məşqdə yer alıb. Digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən ikisi məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sınaqçı-rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqib hələ məlum deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: