“Araz-Naxçıvan”ın ilk yoxlama matçının tarixi dəyişdirildi

Hazırlığını gündə 2 məşqlə davam etdirən “Araz-Naxçıvan”ın qış fasiləsində keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq. Bu oyuna saat 15:30-da start veriləcək.

Komanda növbəti görüşünü yanvarın 14-də “Qəbələ”yə qarşı keçirəcək. Bu matçın start fiti isə saat 15:00-da səslənəcək.

Qeyd edək ki, hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

“Araz-Naxçıvan” qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Yanvarın 18-də keçirilək sonuncu matçdakı rəqib hələ məlum deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: