“Arsenal” mövsümün açılış matçında debütanta uduzdu

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünə start verilib. Arena.az xəbər verir ki, mövsümün və ilk turun açılış matçında debütant “Brentford” doğma meydanda London “Arsenal”ını qəbul edib.

Meydan sahibləri bu oyunda iki cavabsız qola seviniblər.

İngiltərə Premyer Liqası
1-ci tur
13 avqust

Brentford – Arsenal 2:0
Qol: Kanos, 22. Norqard, 73.

14 avqust

15:30 Mançester Yunayted – Lids
18:00 Bernli – Brayton
18:00 Lester Siti – Vulverhempton
18:00 Uotford – Aston Villa
18:00 Everton – Sauthempton
18:00 Çelsi – Kristal Pelas
20:30 Norviç Siti – Liverpul

15 avqust

17:00 Nyukasl – Vest Hem
19:30 Tottenhem – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: