“Arsenal” xal itirdi, “Mançester Yunayted” inamlı qələbəyə sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Arsenal” doğma meydanda “Fulhem”i, “Mançester Yunayted” isə “Bernli”ni qəbul edib. London təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşibsə, “qırmızı şeytanlar” inamlı qələbəyə seviniblər.

Bu tur keçirilməli olan “Sauthempton” – “Kristal Pelas”, “Aston Villa” – “Mançester Siti”, “Lester” – “Vest Bromviç” matçları təxirə salınıb.

İngiltərə Premyer Liqası
32-ci tur
16 aprel

Everton – Tottenhem 2:2
Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.

17 aprel

Nyukasl – Vest Hem 3:2
Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.

Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: V.Xose, 60.

18 aprel

Arsenal – Fulhem 1:1
Qol: Nketia, 90+7 – Maya, 59.


Mançester Yunayted – Bernli 3:1
Qol: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.


19 aprel

23:00 Lids – Liverpul

20 aprel

23:00 Çelsi – Brayton

Xəbəri sosial şəbəkələrdə paylaş: