Bolqarıstanın “Beroe” klubunun 24 yaşlı braziliyalı qapıçısı Artur Motta bundan sonra “Qəbələ” komandasının uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Qəbələ”nin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, “qırmızı-qaralar” Arturu “Beroe”dən1 illik icarəyə götürüb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən “Beroe”nin şərəfini qoruyurdu. O, buna qədər Braziliyanın “Fortaleza”, “Quarani” və “Sao Kaetano” komandalarının da formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” bu yay Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Meşak Uboçioma və Bruno Silvanı da heyətinə qatıb. Səlahət Ağayevlə yeni müqavilə imzalanıb. İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu, Okan Təhməzli, Seydina Keyta, Eduardo Kunde, Emil Süleymanov və Prins Ovusu isə komandanı tərk ediblər.


