“Yuventus”un yarımmüdafiəçisi Artur “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo haqda xatirəsini danışıb.
Arena.az “Mundo Deportivo”ya istinadən Arturun bu xüsusda sözlərini diqqətinizə çatdırır:
“İdmançı və bir insan kimi o, möhtəşəmdir. Günbəgün daha yaxşı olmağa çalışır. Yadımdadır, biz “Yuventus”un yeməkxanasına yığışanda o, həmişə boşqablarımıza baxar və nə yediyimizə dair zarafatlaşırdı.
O, çox peşəkardır. Mən indiyədək belə təfəkkürlü insan görməmişdim. Və o, bir oyunçu kimi nəticələrə nail olub”.
Daha əvvəl “Yuventus”un klubda maliyyə tarazlığına nail olmaq üçün Artur daxil bir neçə futbolçusunu transferə çıxarmaq niyyətində olduğu haqda məlumat yayılmışdı.


