Asim Xudiyev “Eqnatiya” – “Şemrok Rovers” matçında!

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Liqasının 2026/2027-ci illər mövsümünün oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Asim Xudiyev Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Eqnatiya” (Albaniya) – “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma avqustun 13-də Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu görüşü Bolqarıstandan olan hakimlər idarə edəcəklər. Baş hakim Georgi Kabakov olacaq.

Xatırladaq ki, “Eqnatiya” ilə “Şemrok Rovers” arasındakı ilk oyun avqustun 4-də İrlandiyada keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Eqnatiya”da Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyev də forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: