“Aston Villa” 35 milyon avroluq hücumçu aldı

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Premyer Liqanın digər təmsilçisi “Sauthempton”dan Denni İnqsi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının yazdığına görə, “Aston Villa” İnqs üçün “Sauthempton”a 35 milyon avro ödəyib.

İnqs 2015-2018-ci illərdə “Liverpul”da çıxış edib. O, 2019-cu ilin yayından “Sauthempton”da idi. İngilis forvard əvvəllər “Bernli”, “Dorçester Taun” və “Bornmut”da da forma geyinib. İngiltərə yığmasında 3 oyuna çıxan futbolçu, 1 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: