Asyer Vilyalibre “Atletik”lə yeni müqavilə imzaladı

İspaniyanın “Atletik” klubunun hücumçusu Asyer Vilyalibre La Liqa təmsilçisi ilə müqaviləsinin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Bilbao klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 25 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatırdı.

Asyer Vilyalibre 2016-cı ildən “Atletik”də çıxış edir. O, Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 103 oyunda 13 qola imza atıb. O, cari mövsümdə isə 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Vilyalibre karyerası ərzində “Baskoniya”, “Numansiya”, “Valyadolid” və “Lorka” kimi klublarda da forma geyinib. Hücumçu İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: