İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Udineze”nin müdafiəçisi Brandon Soppini transfer edib.
Bu barədə “Atalanta”nın rəsmi saytı məlumat yayıb. Fransadan olan 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Berqamo təmsilçisi bu transferə görə “Udineze”yə 9 milyon avro ödəyib. Gənc futbolçu yeni komandasında 93 nömrəli formanı geyinəcək.
Brandon Soppi Fransanın “Renn” klubunun yetirməsidir. “Udineze” onu sözügedən klubdan 2021-ci ilin avqustunda cəmi 2 milyon avroya transfer etmişdi. Müdafiəçi Fransanın gənclərdən ibarət yığmasına da dəvət alır.


