“Atalanta” Argentina millisinin üzvünü transfer etdi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Berqamo təmsilçisi “Udineze”dən Xuan Mussonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı qapıçı ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İtaliya mətbuatının yazdığına görə, “Atalanta” Musso üçün “Udineze”yə 25 milyon avro ödəyib.

Musso Argentina yığmasının da üzvüdür. O, 2018-ci ildən formasını geyindiyi “Udineze”də 100-dən çox rəsmi matça çıxıb. 2016-2018-ci illər aralığında isə o, yetirməsi olduğu “Rasinq Klub”da (Argentina) forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: